Qırğız Respublikası ilə ikiqat vergitutma aradan qaldırıldı
15 İyul 2024 13:53 SiyasətPrezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş"in təsdiq edilməsi barədə qanunu imzalayıb.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31