Bu gün Türkiyə üçün yaxın keçmiş, artıq çox uzaqda qalıbdır- ÖZƏL

"Bilindiyi kimi qardaş Türkiyə Respublikası 2016-cı ilin 15 iyulunda tarixi bir sınaq verdi və xarici kəşfiyyatın ələ aldığı maskalanmış bir terror təşkilatı Türkiyə xalqına, Türkiyə iqtidarına qarşı hərbi çevriliş cəhdi etdi. O gecə qardaş türk xalqı qəhrəmancasına, əliyalın şəkildə dövlətçiliyə sadiq qüvvələrlə, türk əsgəri ilə, türk polisi ilə birlikdə meydanlara axışdı və dövlət çevrilinə cəhd edən avantürist, terrorçu qüvvələrə qarşı birlikdə mübarizə apardı". 

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Çox sayda şəhidlər verildi, çox sayda qan axdı. Ancaq buna rəğmən milyonlarla şəxs öz dövlətini, dövlətçiliyini müdafiə etdi. Cənab Rəcəb Tayyib Ərdoğan o gecə ümummilli liderlik göstərdi və xalqın dəstəyini də arxasına alaraq çevrilişə cəhd edən qüvvələrin fiaskosunu boşa çıxardı. Dövlət çevrilişinə cəhdin baş verdiyi gecə bir çox ölkələr, özü də Türkiyə ilə dost olduğunu müttəfiq olduğunu iddia edən ölkələr səssizcə hadisələrin gedişatını gözləyərkən, Azərbaycan əsl qardaşlıq nümunəsi göstərərək, başda cənab Prezident olmaqla Azərbaycan dövləti, Azərbaycan xalqı, qardaş Türkiyənin, qardaş Türkiyə dövlətçiliyinin, hürriyyətin yanında olduğunu açıq şəkildə göstərmişdir. Bu qardaşlıq nümunəsi də əslində tarixi sınağın bir mərhələsi idi. Çox şükürlər olsun ki, həm Türkiyə xalqı, həm Türkiyə Azərbaycan qardaşlığı, o gecədən üzü ağ çıxdı və bu dostluq və qardaşlıq münasibətlərimizi daha da inkişaf etdirdi. O elə bir gecə idi ki, bir daha Türkiyədə bənzərin yaşanacağını zənn etmirəm. Çünki Türkiyə o gündən sonra maskalanmış terror təşkilatını hər yerdən sildi, süpürdü. Onun əməkdaşlarını, üzvlərini həbs etdi, ordunu, bürokrat, məmur aparatını onlardan təmizlədi. Bu gün Türkiyə üçün yaxın keçmiş, artıq çox uzaqda qalıbdır deyə bilərik".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31