Pakistanın birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi- ÖZƏL

"Pakistan Ermənistanın işğalçılıq siyasətinə görə bu ölkə ilə diplomatik münasibətlər qurmayıb. Bu isə qardaşlıq mövqeyidir".

"Olaylar" xəbər verir ki, bunu millət vəkili Sevinc Fətəliyeva deyib:

"Prezident İlham Əliyevin mətbuata bəyanatla çıxışında qeyd etdiyi kimi, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olub. Dövlətimizin başçısı deyib: "İkinci Qarabağ müharibəsi - Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir. Bu gün praktiki layihələrlə bağlı bu münasibətləri hiss etmək üçün müzakirə etdiklərimiz bu bünövrəyə əsaslanır". Cənab Prezident, həmçinin, Cəmmu və Kəşmir məsələsində Azərbaycanın Pakistana dəstəyini ifadə edib".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31