Amerika tarixində bu cür sui-qəsd cəhdləri dəfələrlə olub- ÖZƏL

"Amerikanın keçmiş prezidenti və hazırkı seçki marafonunda namizədlərdən biri olan Donald Trampa qarşı həyata keçirilən sui-qəsd hadisəsi ümumi götürdükdə Amerikada yeni bir hadisə deyil. Amerika tarixində bu cür sui-qəsd cəhdləri dəfələrlə olub və bir çox prezidentlər, o cümlədən Amerikanın tanınmış siyasi və dövlət xadimləri bu sui qəsdlərin qurbanına çeviriblər". 

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"O ki qaldı bu prosesdən sonra Amerikada nə baş verəcək, bu hadisə Amerika cəmiyyətində bölünməni ciddi şəkildə dərinləşdirəcək və seçki marafonu bundan sonra daha qızğın şəkil alacaq. Nəzərə alsaq ki, Amerikada baş verən proseslər dünyadakı proseslərə də ciddi şəkildə təsiri, bu baxımdan dünyada baş verən proseslər də bunun təsiri olacaq. Bu sui-qəsd Amerikanın siyasi sisteminin özünün müəyyən problemlərini ortaya çıxarır ki, bunların başında da Amerikada vətəndaşlara sərbəst şəkildə silah satılması, əldə edilməsinə yaradılan şəraitdir ki, bu Amerikanın zaman zaman bir çox siyasətçilərin narahatlıqla ifadə etdiyi bir problemdir. Belə ki, təxminən üç yüz milyon əhalisi olan Amerika Birləşmiş Ştatlarında insanlarda olan silah sahəsi təxminən 300 milyon o kimi qiymətləndirilir ki, bu olduqca böyük bir rəqəmdir. Sabah hansısa bir daxili qarşıdurmada bu silahlardan istifadə olunub olunmayacağı narahatlıq yaradır. O ki qaldı bu hadisənin seçki prosesinə təsiri, mən hesab edirəm ki, bu sui-qəsd hadisəsi əslində Donald Trampın həyatı bahasına başa gələ bilərdi. Sırf təsadüf nəticəsində sağ qaldı və düşünürəm ki, Tramp və onun komandası bu sui qəsd hadisəsindən kifayət qədər məharətlə istifadə edəcəklər, seçkidə bunu qələbəyə çevirməyə çalışacaqlar ki, bu kifayət qədər real görünür. Nəzərə alsaq ki, namizədlərin ilk debatında Tramp Baydenə qalib gəlmişdi və hal-hazırda dünənki hadisədən sonra ilkin rəylərə görə, Trampın reytinqi 75 faizə qədər yüksəlib ki, bu da seçki dönəmində Trampın xeyrinə işləyəcək amildir. Bu baxımdan əgər xüsusi bir ekstremal hadisə baş verməsə, bu hadisə sui-qəsd, terror, terrora cəhd kimi qiymətləndirilməklə yanaşı, Donald Trampın seçkilərdə xeyrinə işləyəcək bir hadisə kimi dəyərləndirilməlidir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31