ABŞ-də prezidentlərə qarşı sui-qəsdin sifarişçiləri niyə tapılmır?- ÖZƏL

"ABŞ -da prezidentliyə namizəd Donald Tramp mitinqdə çıxışı zamanı silahlı sui-qəsdə məruz qalıb. ABŞ-də  prezidentlərə qarşı sui-qəsdlər zamanla həyata keçirilib. Amma, sui-qəsdin sifarişçiləri nədənsə tapılmır".

"Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "D. Trampa qarşı həyata keçirilən sui-qəsd onun üçün proseslərin asan olmayacağı mesajıdır. Çünki D. Tramp ənənəvi ABŞ siyasətinə qarşı çıxır. Rusiya və Çinin dünyanı bölüşdürmək uğurunda həyata keçirdiyi hərbi və siyasi müharibədə Tramp  ABŞ-nin   Yaxın Şərqdə və "Ukraynada nə işi var?"- kimi şüarlar səsləndirir. 
Dünya düzəninin  formalaşması prosesində Trampın qalıb gəlməsi, ABŞ-nin  Rusiya və Çin qarşısında məğlubiyyəti ilə nəticələnə bilər. ABŞ-də  keçirilən prezident seçkilərinin dünyanın düzəninə və Cənubi Qafqaza da təsiri var. D. Trampın qalıb gəlməsi avtoritar rejimlərin maraqlarına uyğundur. D. Tramp demokratik seçki ilə hakimiyyətə ümid edir, amma avtoritar rejimləri, Rusiya və Çinin ambisiyalarına gözardı baxır. ABŞ-də  demokratların hakimiyyətdə olması Cənubi Qafqazın təhlükəsizlik maraqlarına uyğundur".
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31