Ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər təcrübəsi var

"Ölkəmizin artıq beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində kifayət qədər təcrübəsi var. Buna misal olaraq Formula 1 Azərbaycan Qran-Prisini, "Eurovision" mahnı müsabiqəsini, I Avropa və IV İslam Həmrəyliyi oyunlarını, Bakı Beynəlxalq Humanitar, Mədəniyyətlərarası Dialoq, Qlobal Bakı və Qlobal Media forumlarını, Dini Liderlərin Zirvə toplantısını, Qoşulmama Hərəkatının nazirlər görüşünü və s. nümunə göstərmək olar". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sevinc Fətəliyeva deyib: "Belə mühüm beynəlxalq tədbirlərə ev sahibliyinin öhdəsindən layiqincə gələn Azərbaycan COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının təşkilini də ən yüksək səviyyədə həyata keçirəcək. İki həftə ərzində dünyanın nəbzi Bakıda döyünəcək və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq. Bu tədbir Azərbaycanın beynəlxalq imicinin daha da artmasına mühüm töhfə verməklə bərabər, sivil dünyanın ayrılmaz hissəsi kimi ölkəmizin bəşəri dəyərlərə malik olduğunu bir daha nümayiş etdirəcək".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31