İlham Əliyevi müşaiyət edən Qırıcılardan Azərbaycana veriləcək?

"Azərbaycan prezidenti İlham Əliyevin Pakistana səfəri iki ölkə arasında siyasi, müdafiə, təhlükəsizlik və hərbi- texniki əməkdaşlığın inkişafına mühüm töhfə verəcək". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "İki ölkə arasında münasibətlərin yeni siyasi nizama uyğun olaraq inkişaf etdirilməsi nəzərdə tutulib. Azərbaycan Pakistanla hərbi-texniki əməkdaşlıq müstəvisində əməkdaşlıqda maraqlıdır. Nəzərə almaq lazımdır ki, Pakistan aviasiya və artilleriya sahəsində inkişaf etmiş hərbi sənayeyə malikdir. Qeyd edim ki, Pakistan hərbi aviasiyasına daxil olan yeni nəsil qırıcılar Çinlə birgə istehsal edilir. Bu qırıcı təyyarələr öz döyüş funksiyası və manevr imkanlarına görə Azərbaycan üçün əlverişlidir.
Azərbaycanın aviasiya parkında olan qırıcılar əsasən, Rusiya istehsalıdır və İkinci Qarabağ müharibəsində öz tarixi vəzifələrini uğurlu şəkildə yerinə yetirdilər. Hazırda Azərbaycan Pakistandan yeni qırıcılar almağı planlaşdırır. Bu xüsusda ikitərəfli müqavilələrin imzalanması mümkündür. Onu da qeyd edək ki, Qərb ölkələri Azərbaycana qırıcı təyyarələri nə yaxın, nə də uzaq perspektivdə satmayacaq.
Azərbaycanın hərbi sənaye parkında bir müddətdən sonra Pakistan və Çin istehsalı olan  yeni nəsil qırıcı təyyarələri görə bilərik.  Pakistanla qırıcı təyyarələrin, artilleriya və raket silahların alınması istiqamətində razılaşmalar əldə edilib. Azərbaycan prezidentinin Pakistanla hərbi sahədə əməkdaşlığını Hindistanla Ermənistan arasında hərbi əməkdaşlığa cavab kimi qiymətləndirmək olar".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31