Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
4 May 2024 14:12 SiyasətPrezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında sərəncam imzalayıb.
Olaylar xəbər verir ki, sərəncama əsasən, Xankəndi Şəhər Prokurorluğu yaradılıb.
Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digər maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlər görməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31