Azərbaycanda daim mədəniyyətlərarası münasibətlərin inkişafına önəm verilib-Sahil Kərimli- ÖZƏL
3 May 2024 20:22 Siyasət"Bu gün Azərbaycan dünyada çox mədəniyyətliliyi, tolerantlığı, mədəniyyətlərarası dialoqu ilə seçilir. Bütün dünya ilə mədəniyyət əlaqələri quran ölkə imici formalaşdırıb. Bu da Azərbaycan dövlətinin uzun illərdən bəri həyata keçirdiyi düşünülmüş siyasətin nəticəsidir".
Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:
"Azərbaycanda daim mədəniyyətə, incəsənətə, beynəlxalq mədəni əlaqələrə, mədəniyyətlərarası münasibətlərin inkişafına çox böyük önəm verilib. Bunun bariz nümunəsidir ki, Azərbaycanda əsrlər boyu bütün xalqların nümayəndələri mehriban şəraitdə yaşayıblar. Azərbaycan daim dini tolerantlıq əsasında qurulmuş siyasət həyata keçirib. İnsanlar dinlərindən, milliyətlərindən asılı olmayaraq bir-birləri ilə daim mehriban şəraitdə yaşayıblar. Azərbaycan həm dinlərarası, həm mədəniyyətlərarası münasibətlərin inkişafında dünyaya böyük töhfə verib. Bu baxımdan Azərbaycanda illər boyu son onilliklərdə bu istiqamətlərdə bir çox beynəlxalq tədbirlər həyata keçirilib. Bir çox beynəlxalq səviyyəli tədbirlərə Azərbaycan ev sahibliyi edib. Bununla da bəşəriyyətə, dünya mədəniyyətinə, sivilzasiyasına öz müsbət töhfələrini verib".