Milli Məclisdə argentinalı deputatla görüş keçirilib

Mayın 3-də Milli Məclisin deputatı, Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar İskəndərov Argentina Parlamentinin deputatı NahuelSotello ilə görüşüb. "Olaylar" xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli  əlaqələrin möhkəmləndirilməsi, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb. İqtisadi, sosial, mədəni, turizm sahələrində əlaqələrin genişləndirilməsi üçün potensial imkanların mövcud olduğu qeyd edilib.
Tərəflər Azərbaycan və Argentina parlamentləri arasında əlaqələrin inkişafperspektivlərindənsöhbət açıblar. Dostluq qrupları çərçivəsində deputatların səmərəli əməkdaşlığı üçün səylərin artırılması, qanunvericilik sahəsində təcrübə mübadiləsi baxımından mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyəti ilə bağlı fikirlərini səsləndiriblər. Bununla yanaşı, Azərbaycan həqiqətlərinin Argentina ictimaiyyətinə çatdırılmasınınönəmindən və bu istiqamətdə görüləcək işlərdən danışılıb.
Söhbətdə Bakıda yüksək səviyyədə təşkil olunmuş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunundünya ölkələri arasında münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31