COP29-un Azərbaycanda keçirilməsi İlham Əliyevin həyata keçirdiyi siyasətə verilən böyük dəyərdir- ÖZƏL
3 May 2024 14:25 Siyasət"Prezident İlham Əliyev hər zaman beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşmaq siyasəti həyata keçirib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva deyib: "Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar 30 il Azərbaycan torpaqlarının işğalda qalmasına göz yumdular. BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan ərazisindən qoşunlarının çıxarılması barədə 4 qətnamə qəbul etsə də, bu qərara səs verən dövlətlər qərarın icrası üçün heç bir iş görmədi. Azərbaycan hər zaman sülhə, bərabərliyə, ədalətə, o cümlədən, bəşəriyyətin gələcəyinə müsbət təsir göstərən işlərə xidmət edən siyasət həyata keçirir. COP-29 kimi dünyanın ən nüfuzlu tədbirinin Azərbaycanda keçirilməsi barədə dünya dövlətlərinin yekdil qərarı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə verilən böyük dəyərdir".