Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Mayın 3-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə "Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü" mövzusunda tədbir keçirilir.

Olaylar xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə Baş direktoru Gert Jan Koopman, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və Avropa İttifaqına üzv dövlətlərin ölkəmizdəki səfirləri iştirak edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31