Xankəndidə ötən gün silah və sursatlar aşkarlandı
25 Aprel 2024 10:11 SiyasətXankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Olaylar-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 24-də Xankəndi şəhəri ərazisindən 5 ədəd müxtəlif markalı avtomat silahı, 17 patron darağı, 450 ədəd müxtəlif çaplı patron, 5 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31