Ceyhun Bayramov Çexiya baş naziri ilə COP29-la bağlı məsələləri müzakirə edib
23 Aprel 2024 15:27 SiyasətAzərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiya Baş naziri Petr Fiala ilə görüşüb.
Olaylar xəbər verir ki, bu barədə nazirliyin sosial media hesabında qeyd edilib.
Qeyd edilib ki görüşdə Azərbaycan və Çexiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, COP29-la bağlı məsələlər və regionda münaqişədən sonrakı dinamika müzakirə edilib.
Xatırladaq ki, 22 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31