Nazir müavini: “Ermənilərin mina tələləri quraşdırması ilə bağlı yeni sübutlar var”

"Etnik azərbaycanlıların öz evlərinə qayıtmasının qarşısını almaq məqsədilə Ermənistanın ərazilərə tələlər quraşdırması barədə son bir neçə həftə ərzində Azərbaycan yeni sübutlar tapıb və tapmaqda davam edir".

Olaylar xəbər verir ki, bunu İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın (Ermənistan Azərbaycana qarşı) tətbiqi ilə bağlı iş üzrə Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) qaldırdığı ilkin etirazların nəticələrinə dair iclasda Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

"Cənab hakim, qovluğunuzun yeddinci və onuncu bölmələrində Azərbaycanın 2020-ci ilin sonunda ərazilərinin işğaldan azad edilməsindən sonra məhkəməyə təqdim etdiyi və üzə çıxarmağa davam etdiyi çoxsaylı sübutlara istinadlar tapa bilərsiniz.

Keçən həftə Ermənistanın agenti öz ölkəsinin şikayətini sübut təqdim etmədən onilliklər boyu etnik ermənilərə qarşı irqi ayrı-seçkiliyin kulminasiya nöqtəsi kimi xarakterizə etdi. Bununla belə, Ermənistan bu onilliklər ərzində heç vaxt Azərbaycana irqi ayrı-seçkiliklə bağlı şikayət göndərməyib. Əvəzində İkinci Qarabağ müharibəsindən cəmi bir gün sonra belə bir şikayət göndərdiyi barədə Azərbaycanı xəbərdar etdi. Maraqlı olan odur ki, Ermənistan İkinci Qarabağ müharibəsinə, yəni Azərbaycan ərazilərinə nəzarəti itirənə qədər niyə gözlədi?" - o qeyd edib. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31