Suren Papikyan Fransa Senatının Fransa-Ermənistan Dostluq qrupunun rəhbəri ilə görüşüb
23 Aprel 2024 14:23 SiyasətErmənistanın müdafiə naziri Suren Papikyan Fransa Senatının Fransa-Ermənistan Dostluq qrupunun rəhbəri Gilbert-Luc Devinazilə görüşüb.
Olaylar xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
məlumata görə, görüşdə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini iştirak edib.
Qeyd olunub ki, tərəflər Ermənistan və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31