İşğalçı ölkə ilə həmrəy olan antimilli ünsürləri nə narahat edir?- ÖZƏL
18 Aprel 2024 12:11 Siyasət"Azərbaycanın başlatdığı və Ermənistanın Qərbdəki havadarları vasitəsilə pozmağa çalışdığı sülh prosesinə zərbə vurmağa cəhdlər göstərilir. O cümlədən işğalçı ölkə ilə həmrəy olan məlum antimilli ünsürlər də bu sazişə qarşı çıxırlar. Bu, isə o deməkdir ki, bu yalançı "demokrat"lar, dağıdıcı müxalifəti təmsil edən "Milli Şura"nın təmsilçiləri birbaşa ermənilərlə eyni mövqedədirlər". "Olaylar" xəbər verir ki, bunu deyən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunması onları narahat edir: "Qaragüruhçular dərk etmirlər ki, əməlləri ilə əslində ermənilərin işğalçılıq siyasətinə haqq qazandırırlar. Ermənilərlə eyni mövqeni bölüşən radikal müxalifət Azərbaycan dövlətinə və xalqına nə qədər düşmən olduqlarını sübuta yetirirlər.
"Sapı özümüzdən olan baltalar"ın, yəni missionerliklə məşğul olan bəzi medi resurslarının, o cümlədən, xaricdən gələn əmrləri yerinə yetirən dağıdıcı müxalif qrupa təmsilçilərinin şəxsi ambisiyaları xarici himayədarlarının əsl niyyətini görməyə mane olur. Anti-Azərbaycan dairələrin hazırladıqları ssenarilərdən onların xəbər tutması üçün gözlərini paradan ayırmağı, ağıllı başla hadisələri analiz etməyi bacarmalıdırlar. Amma çox təəssüflər olsun ki, onların qrant uğrunda bir-biriləri ilə didişmələri, yarışmaları səbəbindən dövlətçiliyimiz əlavə problemlərlə üzləşməli olur. Bu gün demokratik cəmiyyətin varlığını şərtləndirən bütün amillər ölkəmizdə tam təmin edilib. İnsan hüquqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi, azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə dünya ictimaiyyətinin diqqətindədir. Bunları dəyərləndirmək üçün şəxsi ambisiyalar deyil, dövlət maraqları öndə olmalıdır.
"Beşinci kolon"un təmsilçiləri, anti-milli qüvvələr, erməni lobbisindən qidalanan yaramazlar isə öz elədiklərinə, söylədiklərinə, yazdıqlarına baxıb utansınlar və bilsinlər ki, tarix də, zaman da, qanun da belələrinin cəzasını mütləq verəcək. Belələrinin götürdüyü öhdəliklərin ampluası hər zaman olduğu kimi bu gün də xaos təşviqindən, təxribatçılıqdan, yalandan, söyüşdən, pislikdən, asayişi pozmaq cəhdlərindən və sair bu kimi anti-milli fəaliyyət növlərindən ibarətdir".