Azərbaycanın xaricdən taxıl idxalı minimuma endiriləcək-Deputat- ÖZƏL

"Ölkəmizdə həyata keçirilən bütün sosial və iqtisadi layihələr əhalimizin rifahının yaxşılaşdırılmasına və dövlətimizin iqtisadi inkişafına xidmət edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva deyib: "Ölkə başçımız yenidən qurulacaq Şirvan suvarma kanalının təməl qoyma mərasimindəki çıxışında yaxın vaxtlarda Qarabağ kanalının da yenidən qurulacağını bildirdi. Qarabağ kanalı işğaldan azad edilmiş torpaqlarımızla yanaşı ətraf rayonlarda əkinçilik sahələrinin genişləndirilməsinə böyük təsir göstərəcək. 100 minlərlə hektar torpaq sahələri becəriləcək, yüksək məhsul əldə edilməsinə imkan yaranacaq. Bu gün Azərbaycan ölkə vətəndaşlarımızın tələbatını ödəmək üçün xarici dövlətlərdən taxıl idxal edir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən  böyük infrastruktur layihələrin reallaşdırılması nəticəsində Azərbaycanın xaricdən taxıl idxalı minimuma endiriləcək və yaxın illərdə idxala son qoyulacaq. Qarabağ və Şərqi Zəngəzurda yeni su anbarları və kanalları da inşa ediləcək. Bu da Azərbaycan iqtisadiyyatının güclənməsinə böyük təsir göstərəcək. Bütün bu işləri Azərbaycan dövləti öz gücünə reallaşdırır. Bu Azərbaycanın güdrətinin göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31