Onlar özlərini yırtırdılar ki, ruslar Qarabağda əbədidir- ÖZƏL
18 Aprel 2024 10:05 Siyasət"Əgər antimilli ünsürlər indi də durub desələr ki, onların aprelin 21-də mitinq keçirəcklərindən qorxaraq Rusiya hərbçiləri Qarabağı tərk edirlər, mən buna təəccüblənməyəcəm. Yeri gəlmişkən, yəqin aranızda eşidənlər var, yenə də həmən Kərimlinin başqa bir "əqidə" yoldaşı, bildirirdi ki, əgər Qarabağ bizim olsa, efirdə hamının gözü qarşısında qulağını kəsəcək. Bu mənəviyyatı kəsik bəs niyə vədini yerinə yetirmir? Bəlkə, aprelin 21-ni gözləyir?" "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyev bildirib ki, Azərbaycanın ikinci Qarabağ savaşındakı qələbəsini həzm etməyən yırtıcılara "fakt" vermək üçün və elə onların diqtəsi ilə aprelin 21-də mitinq keçirməyə hazırlaşanlar görəsən Rusiya hərbi kontingentinin vaxtından əvvəl Qarabağdan çıxıb getməsi haqda nə düşünürlər: "Axı onlar özlərini yırtırdılar ki, ruslar Qarabağda əbədidir, savaşı Azərbaycan yox, Rusiya udub. Əli Kərimlinin ABŞ-dəki "əqidə"daşı isə deyirdi ki, Rusiya öz hərbi kontingenti Moldovadan, Gürcüstandan və hətta Ermənistandan da çıxaracaq, amma onlar Azərbaycanda qalacaq. Bakıdakı səfirliklərdən birində işlədiyi vaxtlar üzərinə götürdüyü öhdəliyi yerinə yetirməklə yanaşı həm də yutuberlik yapan o xanım əgər proqnozu özünü doğrultmasa, nələrəsə gedəcəyini, az qala sevimli Paşinyanından üz döndərəcəyini də vəd edirdi. Gözləyirik".