Türkiyə Rusiya atəşkəsə nəzarət mərkəzinin fəaliyyətinə xitam verilməlidir- ÖZƏL
18 Aprel 2024 10:05 Siyasət"Azərbaycanın anti-terror tədbirlərindən sonra regionda Rusiyanın geosiyasi mövqeləri daha da zəifləyib". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxması Moskva üçün arzuolunmaz bir prosesdir: "Çünki Rusiya 10 noyabr Birgə Bəyannaməsinə uyğun olaraq daimi əsasda regionda qalmağı hədəfləyirdi. Qeyd edim ki, Ağdamda fəaliyyət göstərən atəşkəsə nəzarət mərkəzi olan Türkiyə -Rusiya monitorinq Mərkəzi fəaliyyətsizdir. Bu mərkəzdə öz fəaliyyətində müsbət nəticə əldə etmədi. Türkiyə Rusiya atəşkəsə nəzarət mərkəzinin fəaliyyətinə xitam verilməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31