Fransa Azərbaycanla münasibətləri özü korlayıb-Tural İsmayılov- ÖZƏL
17 Aprel 2024 17:57 Siyasət"Fransa ümumiyyətlə, konkret, birmənalı şəkildə Azərbaycan əleyhinə beynəlxalq hüququn bütün prinsip və normalarını tapdalayan bir ölkədir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Əvvəlcə Fransa Senatında Azərbaycan əleyhinə qətnamələr, ardınca Fransanın həm Avropa Parlamenti, həm Qərbin bir sıra institutlarında Azərbaycan əleyhinə qərəzli siyasi addımlar ataraq, ümumiyyətlə, Fransanı heç vaxt ədalət və bərabərlik meyarlarına əsas tuta bilməməsi və nəticədə Azərbaycana qarşı tamamilə ermənipərəst bir mövqe tutması, bu gün də Fransanın Ermənistanı silahlandırması və bölgə ilə bağlı "boğazdanyuxarı" qəbul edilməz məlumatlar verməsi Azərbaycan-Fransa münasibətlərində Fransanın ucbatından yaranmış dərin çatları özündə ehtiva edir. Amma Fransa əgər öz səfirini geri çağırırsa, hesab edirəm ki, Azərbaycan da belə bir addımı ata bilər. Amma eyni zamanda, Azərbaycan-Fransa münasibətlərinin gələcəyi baxımından çox ciddi mövzudur. Fransa Azərbaycanla münasibətləri özü korlayıb. Fransa həmişə Türkiyəyə, Azərbaycana qarşı özəlliklə Makron hakimiyyəti dövründə qəbul edilməz siyasi xətt tutubdur. Nəticədə ölkələrarası münasibətlərə sağalmaz, böyük bir zərbə vurmuşdur. Hər halda bundan sonra Azərbaycan-Fransa münasibətlərinin köklü şəkildə yaxşılığa doğru dəyişməsi bir qədər çətin görünür".