Millət vəkili təqdimat mərasiminə qatılıb

Bakı Kitab Mərkəzində Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış "Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər" metodik vəsaitin təqdimat mərasimi keçirilib. Olaylar xəbər verir ki, tədbirdə millət vəkili Jalə Əhmədova iştirak edib. Millət vəkili bildirib ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, deputat həmkarlarım Hicran Hüseynova və Nizami Cəfərov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Elm və təhsil naziri Emin Əmrullayev,  Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, eləcə də elm, mədəniyyət və ictimaiyyət xadimləri iştirak edirdi. 

Yüksək səviyyədə baş tutan təqdimat mərasimində çıxış edənlər metodiki vəsait olaraq kitabın Azərbaycan dili üzrə Sertifikasiya imtahanı (ADSİ) üçün vacibliyindən, əcnəbilərin dilimizi sevməsi və Azərbaycan dilini öyrənməsində mühüm əhəmiyyətə malik olmasından bəhs etdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31