Reklam Agentliyinin yeni sədri kollektivə TƏQDİM OLUNDU

Azərbaycan Dövlət Reklam Agentliyinin İdarə Heyətinin yeni sədri Fərhad Əsgər oğlu Adıgözəlov bu gün kollektivə təqdim olunub.

Bu barədə Olaylar.az-a agentlikdən məlumat verilib.

Yeni sədri kollektivə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin aprelin 16-da imzaladığı sərəncamla F.Adıgözəlov Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31