Məşğulluq probleminin həlli insanların sosial rifahının yaxşılaşmasında öz sözünü deyir- ÖZƏL
17 Aprel 2024 14:46 Siyasət"Dövlət başçısı İlham Əliyevin Fərmanı ilə təsdiqlənən dörd Dövlət Proqramının uğurlu icrası hazırda rəqəmlərdə, regionların simasında, həyata keçirilən infrastruktur layihələrində özünün aydın ifadəsini tapır. Artıq ötən il dördüncü Dövlət Proqramının icrası başa çatdı". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Malik Həsənov deyib: "Cənab İlham Əliyevin rayonlara ardıcıl səfərləri, hər səfərindən sonra həmin regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə əlavə tədbirlər planının təsdiqlənməsi və Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması bu inkişafı daha da sürətləndirir. Uğurlu, təkmil addımların nəticəsində yeni iş yerlərinin yaradılması, məşğulluq probleminin həlli insanların sosial rifahının yaxşılaşdırılmasında öz sözünü deyir. Bu faktı da qeyd etməliyik ki, Azərbaycan Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahibdir. İnkişafın Azərbaycan modelinin mövcudluğu dünyaya təqdim edilən və öyrənilməsinin vacibliyi vurğulanan mühüm uğurlarımızdandır".