Fransa indi də "qabaqdangəlmişliyə" əl atdı-Şəbnəm Həsənova- ÖZƏL

"İllər və yaxın keçmiş ərzində Fransa nəinki bitərəflikdən əks yola keçdi, qərəzi də birdəfəlik deyil, sistematik xarakter aldı. Barmaqlarımızı yumsaq, Fransa hansı haqlı addım atdı ki? Açanda isə haqsızlıqlarının dizə qədər olduğu aydın görünür". 

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Dövlətin fundamental dəyərləri və ritorikasi ilə faktiki siyasət arasında uçurum, dövlətlə "korporativ" arasında qeyri-şəffaf yaxınlaşma, dəstəklə müşahidə olunan,  nəticədə də parlamentin qondarma qurumu tanıması, ən ali kürsüdən Azərbaycan əleyhinə sənədlərin qəbuluna cəhdlər, əleyhimizə qruplaşma formalaşdırmaq, ətrafına "ordu" yığmaq, Avropa Parlamentində əleyhimizə olaraq ən "yüksək" səviyyədə aktivlik, modern çağırışların həssas müdafiəçisi olmasına baxmayaraq Laçındakı ekoaksiya zamanı "blokada şousu", mədəniyyət beşiyi və carçısının Natəvan heykəlini təhqir etməsi ilə mədəniyyətin səsinin elə öz beşiyində boğulması, ən nəhayətində sərt güc elementini də işə salmaqla militarlaşdırma addımları. Hələ üstəlik axı Frankofoniyanın da ana qayəsi yumşaq dəyərlərə xidmət etmək idi... Bütün bunlara baxmayaraq Azərbaycan qapını yenə də bağlamadı, aralı saxladı. Bütün yolları bağlayan, buna hər cür cəhd göstərən Fransanın indi də "küskün" obrazı yaratmaq cəhdi gülüncdür. Bir sözlə, Fransa indi də "qabaqdangəlmişliyə" əl atdı. 
Fransanın insan hüquqları və demokratiya yönümlü rəvayətləri konkret maddi və siyasi məqsədlərə nail olmaq üçün haqsız mübarizə aparan, müxtəlif bəhanələrlə çərçivələnən, Ermənistanı silahlandırmaya, siyasəti və şəxsləri alətləşdirməyə məruz qoyan maddi və mənəvi yöndən çürümüş, paslanmış ideallara xidmət edir. 
Fransa geosiyasi çəkişmələri müxtəlif coğrafiyalarda normativləşdirməyə, normallaşdırmaya çevirməklə ətrafına daha çox düşmən toplamaqdan başqa bir şey qazanmayacaq. Qarşılıqlı hörmət, münasibətlərin sırf beynəlxalq hüquq çərçivəsində inkişafında hələ də maraqlı, ən önəmlisi təkidliyik. Fransa nə etdisə, onun da müqabilində cavab aldı. Yəni, destruktiv addımlarının cavabı olaraq verdiyimiz reaksiya öz "əməyinin bəhrəsi" idi.
Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa çalışıb, regiona qalıcı sülh gətirməsinə rəğmən Fransa bu prosesə zərbə vurmaq üçün əlindən gələn hər şeyi etdi. Fransanın geostrateji və iqtisadi məqsədlərinə nail olmaq üçün  hökumətinin xaricdəki insan haqları ritorikası onun daxili və xarici siyasətinin faktiki nəticələrinə uyğun gəlmir və bununla da sistemli ikiüzlülük nümayiş etdirir.  Bu qədər riyakarlıq fonunda hər halda Fransa iddiasında olduğu "həyati maraq doğuran", "həyati vacib strateji" olmaq cəhdini belə özü pozur. Məhz Fransanın özü tarazlığı sürətlə əleyhinə dəyişməyə çalışır. Səfirin geri çağırılması lazım bilindisə, Azərbaycan da eyni addımı ata bilməz deyə Fransa bizə əsas qoymur.  
Heç kim Azərbaycana qarşı təzyiq və təhdid ritorikasını istifadə edə, onu birbaşa və dolayı yollarla tətbiq edə bilməz. Milli maraqlarımızın təmin olunmasını həyata keçirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında xalq sipərdir. Azərbaycanı daxildən və xaricdən "oynatmaq" meyilləri ihər zaman olduğu kimi uğursuzluğa məhkum, bu isə aksiomdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31