Azərbaycan öz problemlərini müstəqil şəkildə həll etməyi bacaran ölkədir- ÖZƏL

"Azərbaycan bütün  irimiqyaslı infrastruktur layihələrini öz hesabına həyata keçirir. Heç bir beynəlxalq maliyyə dəstəyi almadan belə strateji əhəmiyyətli layihələri reallaşdırır. Bu, bir daha onu göstərir ki, Azərbaycan öz problemlərini müstəqil şəkildə həll etməyi bacaran ölkədir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov deyib: "Prezident İlham Əliyevin bildirdiyi kimi Azərbaycan öz gücünə, öz imkanlarına arxalanan dövlətdir. Kimsədən yardım gözləmədən, öz gücünə, xalqının inamına güvənən Azərbaycan dövləti qarşısında dayanan problemləri həll edir və əlamətdar hadisə olan Şirvan suvarma kanalının təməlinin qoyulması ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezidentin bütün sözləri, verdiyi bütün vədlər hər zaman yerinə yetirilib. Bu baxımdan sözügedən layihələrin icrasının da yüksək səviyyədə yerinə yetiriləcəyinə şübhə yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31