İran-İsrail insindenti nə ilə nəticələnəcək?- ÖZƏL
17 Aprel 2024 10:03 Siyasət"İran və İsrail arasında baş verənlər Yaxın Şərqdəki regional siyasətə bir qədər düzəlişlər edilməsilə nəticələcək". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: "Əgər indiyə qədər İsrail və İran bir - birindən istifadə edərək öz siyasi mövqelərini tərəfdaşları yanında gücləndirirdilərsə, son baş verənlər Tel - Aviv və Tehranın dəyişikliklərə məhkum olmasını göstərir. İstisna deyil ki, İsrail İrana cavab verəcək və beləcə, çoxdandır istədiyi bəzi düymələrə basacaq. Dünən də qeyd etmişdim ki, baş verənlər fonunda İsrail, ya irəliyə doğru hərəkət edəcək, ya da hazırda olan şansını itirmiş olacaq. Amma unutmamalıyıq ki, qlobal mərkəzlər həm İranın, həm də İsrailin mövcudluğunda və regional tərəzi olmalarında maraqlıdırlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31