Mövzu Ermənistan olanda, Tehran susur-Zeynal Əmrəliyev- ÖZƏL

"Doğrudur ki, Cənubi Qafqazda hazırda  ABŞ-Aİ-Fransa triosu aktivləşir. Ancaq biz, bunun hansı istiqamətdə, hansı dövlətin ərazisində aktivləşməsinə baxmalıyıq".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Bu aktivləşmə ən çox Ermənistanda müşahidə olunur. Ermənistanda hakimiyyətdə olan Paşinyan höküməti israrla Fransa, ABŞ, Aİ ilə Brüsseldə görüşlər keçirdi. Bu üçlü ittifaqı regiona gətirmək istəyir. Bu da regiondakı digər dövlətlərin maraqlarına cavab vermir. Söhbət təkcə Azərbaycanın maraqlarından getmir. Bu, digər ölkələrin də maraqlarına cavab vermir. Bu ittifaqın qurulmasında əsas məqsəd Rusiyadır. Bu ittifaq İrana təsir edir. İran bundan bir qədər narahatdır. Ancaq mən burda önəmli bir məqamı qeyd etmək istəyirəm. Nə qədər olsa da, İran buna etiraz etmir. Digər ölkələr, məsələn Azərbaycan bunu etsəydi, biz Tehrandan hansı reaksiyaların gələcəyinin şahidi olardıq. Ancaq bunu Ermənistan edir, Tehran buna kəskin reaksiya göstərmir, sakit qalır. Çünki bu, Tehranın maraqlarına cavab verir. Rusiya amili qabardılsa da, biz Ermənistana dəstək verildikdən sonra Ermənistanın  Azərbaycan-Ermənistan şərti sərhədində hansı oyunlardan çıxdığını, necə aktivləşdiyinin şahidi oluruq. Buna görə də, İran nədənsə, bu cür məsələlərdə susur, bu məsələləri istəmir. Mən, o fikirdə deyiləm ki, bu, İranın səbrini tükədir. Söhbət bu üçlünün hansı ölkənin vasitəsiylə və necə gəlməsindən gedir. Əgər Ermənistan vasitəsiylə gələcəksə, İran sakit qalacaq. Əgər digər vasitələrlə gələcəksə, biz çox kəskin reaksiyaların şahidi ola bilərik. İran buna kəskin reaksiyalar göstərəcək. Müxtəlif hədələr yağdıracaq. Nədənsə mövzu Ermənistan olanda rəsmi Tehran buna sakit qalır. Buna görə də o fikirdə deyiləm ki, səbrini tükədir. Narazıçılıq ola bilər. Sadəcə olaraq həmin narahatçılıq da hansı ölkədən və istiqamətdən gəlməsi ilə bağlıdır. Bu, bir daha İranın ikiüzlü siyasət yürütdüyünün bariz nümunəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31