Cənubi Qafqaza qarşı təhdidlər açıq müstəviyə keçib-Elçin Xalidbəyli- ÖZƏL

"Hazırda bütün dünya çox gərgin və ağır mərhələdən keçir. Bu mərhələ dünya dövlətlərini, o cümlədən də  Azərbaycanı öz təsiri altına almış kimi görünür".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli  qeyd deyib:

"Çünki dünyanın digər bölgələrində, xüsusilə də yaxın ətrafda baş verənlər Cənubi Qafqaza və dolayısı ilə  Azərbaycana da təsir göstərir. Hesab etmək olar ki, Ukrayna savaşı dünyanın əsas problemlərindən biri idisə, indi gərginlik mərkəzi nisbətən Yaxın Şərqə keçməyə başlayır. Yaxın Şərqdə qlobal savaş baş verərsə, Cənubi Qafqazın bu savaşın təsirlərindən kənarda qalmaq ehtimalı çox azdır, demək olar ki, mümkün deyil. Ona görə də, hazırda Azərbaycan bütün bu hadisələrdən itkilərsiz, yaxud da heç olmasa az itki ilə  yayınmaq üçün daha diqqətli və balanslı mövqe tutmağa üstünlük verir. Bu, müşahidə olunur. Ən önəmlisi də ondan ibarətdir ki, birbaşa Cənubi Qafqaza doğru təhdidlər mövcuddur və bu təhdidlər ABŞ, Avropa Birliyi və Ermənistan arasında Brüsseldə keçirilən ortaq konfransdan sonra açıq müstəviyə keçib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31