Parisin diqtəsi ilə Ermənistanın təxribatlara əl atması təəccüblü deyil- ÖZƏL

"Azərbaycan regionda sülhün təmin olunması istiqamətində təşəbbüslər göstərsə də, erməni tərəfi bu davranışları ilə sülhə maraqlı olmadığını nümayiş etdirir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sevinc Fətəliyevanın  sözlərinə görə, əslində, belə təxribatların törədilməsi gözlənilən idi: "Çünki Fransa Avropa İttifaqında əsas söz sahiblərindən biridir və Parisin diqtəsi ilə Ermənistanın təxribatlara əl atması təəccüblü görünməməlidir. Xatırladaq ki, hələ sözügedən görüşdən bir neçə gün öncədən Ermənistan şərti sərhədə ağır texnika və canlı qüvvə toplamağa başlamışdı. Lakin onlar heç kimə güvənməməlidir. Ermənistan 2020-ci ildən etibarən baş verən hadisələri, təxribatlar törətdikdən sonra başına gələnləri unutmamalıdır. Yəni, həmin təcrübələr qarşı tərəf üçün dərs olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31