“Gəlin, övladlarımızın yanında olaq”- Millət vəkili çağırış etdi- ÖZƏL

"Müasir dövrdə texnoloji ixtiralar həyatımıza çox müsbət təsir göstərir. Lakin bütün bunlara rağmən vaxt çatışmazlığı yaşayırıq. Gündəlik həyatın böyük hissəsi olan sosial şəbəkələr təhsil, elm, sənaye, ticarət və  digər sahələri əhatələyib. İşlərimizi ağıllı telefonda bir toxunuşla həll edərək vaxta qənaət edirik. Amma yenə də vaxt bizdən özünü əsirgəyir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, indi qənaəti vaxt bizə edir:
 "Ailə üzvlərimizlə paylaşdığımız zaman dilimiz getdikcə qısalır. Cəmiyyətdə sağlam fərdlər yetişdirmək, onları şəxsiyyət kimi formalaşdırmaq üçün övladlara  vaxt ayrılması zəruri şərtdir. Belə bir sual verək, kifayət qədər vaxt  nə qədərdir? Bütün günü onlarla olub hər qərarlarına müdaxilə də onları asılı vəziyyətə salır, ayırmamaq da  bir çox psixoloji problemlərə,  uşaqda özünə inamsızlıq yaradır. Bu iş komplek şəklində aparılmalıdır. Evdə ailə, məktəbdə müəllimə, nənə, baba cəmiyyətində bütün fərdlər bir-birinə qayğı göstərməli, dinləmə vərdişini möhkəmləndirməliyik. Azərbaycan gənci özünü tək hiss etməməlidir. Gəlin, övladlarımızın yanında olaq. Səhv və duz olmalarından asılı olmayaraq. Onların uğurları əziyyətləri, səhvi isə bizim diqqətsizliyimizin səbəbi ola bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31