Anti-azərbaycançı dairələrin əl buyruqçuları fəaliyyətə keçiblər- ÖZƏL

"Fəaliyyətini bütövlükdə ölkədə ara qarışdırmaq, insanları çaşdırmaq üzərində quran Milli Şura, əlbəttə ki, bu dəfə də mötəbər tədbir qabağı sakit dayana bilməzdi". "Olaylar" xəbər verir ki, bunu deyən poltoloq Zaur Məmmədovun sözlərinə görə, anti-azərbaycançı dairələrinin əl buyruqçusuna çevrilən Əli Kərimli ilk dəfə deyil ki belə edir: "Xatırlayırsızsa bir neçə il əvvəl Bakıda keçirilən Evrovision mahnı müsabiqəsindən əvvəl də qonşu  dövlətlərdən ikisi və Qərbdəki bəzi qüvvələr Azərbaycan hakimiyyətini tənqid edirdilər. Görünən odur ki, eyni prosessə fərqli səbəblərlə indi də start verilib.
Məqsəd isə bəllidir. Hakimiyyətə gəlmək üçün bütün vasitələrə əl atmaq. Hələ 1515 - ci ildə yazdığı kitabda "Məqsəd vasitəyə bəraət qazandırır" şüarı ilə siyasətçilərə məsləhət verən Nikolo Makiavelli hakimiyyət və maraqlar mövzusunda fikir yeridirdi. Otto Bismark da, Adolf Hitler də, Makiavelli kimi məqsədə çatmaq üçün bütün vasitələrə əl atmağı vacib bilirdilər.  Milli Şuranın timsalında çirkli ayaqlarla məbədə girmək isə, ancaq xəyallarda ola bilər.
İstər adi həyatda, istərsə də siyasətdə məqsəd üçün hər vasitə məqbul sayıla bilinməz. Məsələyə hakimiyyət-müxalifət münasibətləri prizmasından yanaşdıqda əminliklə demək olar ki, müasir dövrdə demokratiya yolu ilə inkişaf edən ölkələrdə, o cümlədən Azərbaycanda hakimiyyətə gəlməyin yolu xarici dairələrin pul kisəsi və siyasi dəstəyindən deyil, xalqın iradəsi və seçicinin səsindən asılıdır. Xalq isə, onlara yerini göstərib.
Əgər Azərbaycan 10-15 il əvvəl Əli Kərimlilərin və digər bəzi müxafət partiyalarının dediklərini etsəydi, Qarabağ hələ də işğal altında qalacaqdı, ölkəmiz qlobal güclərin maraqlarının qurbanına çevriləcəkdi. Hətta müstəqilliyimiz sual altında qalacaqdı. İndi də, region ətrafında baş verənlər fonunda vətəndaşları  21 aprel tarixində küçələrə çağırmaq, insanları iğtişaşlara səsləmək və məsuliyyətsizlikdir. Vaxtilə Prezident Administrasiyasının siyasi dialoq təklifinə qarşı çıxan AXCP və Milli Şura hətta 44 günlük müharibə dövründə belə, həmrəylik nümayiş etdirən digər siyasi qruplarla bir yerdə  xalq - dövlət birliyinin yanında yer almadı, Azərbaycanın həm 44 günlük müharibədəki qələbəsindən sonra, həm də Xankəndidə, Xocalıda bayrağımızın qaldırılmasından sonra insanları çaşdırmağa davam etdi.

Azərbaycan Prezidenti əsrlərdir heç kimin edə bilmədiyini edərək bizə böyük qələbəni bəxş etdi, torpaqlarımızın nəhayət ki işğaldan azad edilməsinə nail oldu. Xalq bunu görür və təbii ki, fitnəkarların çağırışları ciddiyə alınmayacaq. Ancaq, məni düşündürən bu deyil, siyasətdə mənəviyyatlardan danışanların qrant hesabına hər əmələ hazır olmalarıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31