Bu cür addımlar Azərbaycan xalqının birliyini pozmayacaq”.-Azad Məsiyev-ÖZƏL

"Bir məsələyə aydınlıq gətirək. Dünyada nə baş verir?"

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev qeyd edib:

"Dünyada iki süperdövlətin savaşı gedir. ABŞ ilə Rusiya arasında həm siyasi, həm iqtisadi, həm hərbi sahədə savaş gedir. Faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir. Ukrayna bir poliqondur. Üçüncü Dünya müharibəsi Ukraynada baş verir. Başda ABŞ olmaqla NATO koalisiyası ilə Rusiya arasında bir savaş var. Sadəcə Ukrayna bu savaşın birinci episentridir. İkinci episentri isə Cənubi Qafqazdır. Cənubi Qafqazda böyük güclərin-ABŞ ilə Rusiyanın maraqları toqquşur. Rusiyanın siyasi, iqtisadi, həm də hərbi sahədə də Cənubi Qafqazda maraqları toqquşur. Bu maraqların toqquşmasının elementləri də Ermənistan-Azərbaycandır. Ümumilikdə Cənubi Qafqaz uğurunda, nüfuz uğrunda bir savaşdır. Bu baxımdan, başda ABŞ olmaqla Qərb koalisiyası Ermənistan üzərindən Cənubi Qafqaza girmək istəyir və Cənubi Qafqazı öz təsirinə salaraq Rusiyanın cənub cinahını bağlamaq, onu dünya siyasi arenasından silmək istəyirlər.  Bu baxımdan qonşuları alət kimi istifadə etmək niyyətindədirlər. Faktiki olaraq ABŞ Gürcüstanı, Ukraynanı, Ermənistanı alət kimi istifadə edərək Rusiya əlehinə kökləmişdir. Azərbaycanı da bu konfliktdə, münaqişədə alət kimi istifadə etmək istəyirlər. 
Azərbaycan böyük dövlətlərin əlində alətə çevrilmir. Öz dövlət və milli maraqlarını nəzərə alaraq balanslaşdırıcı siyasət yeridir. Bu baxımdan da Qoşulmama Hərəkatının üzvüdür. Heç bir hərbi bloka qoşulmur. Sadəcə, başda ABŞ olmaqla Qərb koalisiyası Ermənistan üzərindən Azərbaycana təzyiq edir ki, Azərbaycan da bu koalisiyaya qoşulsun və Rusiya əlehinə istifadə olunsun. Təbii ki, Rusiya ilə qarşıdurma bizim dövlət və milli maraqlarımıza uyğun deyil. Bu baxımdan çalışırıq ki, böyük münaqişələrdə vasitəyə çevrilməyək. Təbii ki, belə olan təqdirdə Azərbaycanda baş verəcək ictimai siyasi proseslərdə vahid mövqe nümayiş etdirilməlidir. 44 günlük Vətən müharibəsində, eyni zamanda 1 günlük antiterror əməliyyatı zamanı da qələbəmizin başlıca səbəbi xalqın bir yumruq altında birləşməsidir. Prezidentin apardığı siyasət, xalqın birliyi nəticəsində Vətən müharibəsində böyük uğurlar əldə etdik. Tarixdə görünməyən nəticə əldə olundu. 30 il ərzində Ermənistan Azərbaycan ərazisini işğal altında saxlamaqla yanaşı burda elə bir hərbi büfer zonası yaratmışdı ki, bunu qısa bir müddətdə fəth etmək çox ağır məsələ idi. Azərbaycan Prezidentinin yeritdiyi daxili və hərbi siyasət, vahid mövqe, xalqın birliyi, torpaqların azad edilməsi uğrunda mübarizə nəticəsində ermənilər Azərbaycan ərazisindən qovuldu. Azərbaycan de-fakto və de-yure suverenliyini bərpa etdi. Azərbaycanın birliyini parçalamaq istəyən qüvvələr var. Bu baxımdan, müxtəlif adlar, layihələr altında Azərbaycanın daxili işlərinə qarışmaq istəyirlər. Müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycan haqqında bəyanatlar səsləndirməklə daxildəki ictimai-siyasi vəziyyəti pozmaq istəyirlər. Hesab edirəm ki, xaricdən gələn bu cür təzyiqlət Azərbaycan xalqının birliyini poza bilməz. Bu birlik daha uğurlu nailiyyətlərə aparacaqdır. Fransa, AŞPA, Avropa və s. tərəfindən Azərbaycana edilən təzyiqlər Azərbaycan daxilindəki ictimai-siyasi prosesləri pozmağa hesablanıb. Bu cür addımlar qəbuledilməzdir. Azərbaycan xalqının birliyini pozmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31