Ölkəmizin təhdidlərdən qorunmasının ən optimal yolu milli birliyin olmasıdır-Oqtay Qasımov- ÖZƏL

"Təbii ki, hal-hazırda dünyada çox mürəkkəb proseslər gedir. Faktiki olaraq yeni dünya düzəninin qurulması prosesi davam etməkdədir". 

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Bu da özü ilə bir çox problemləri və gərginlikləri gətirməkdədir. Belə bir vəziyyətdə təbii ki, müxtəlif ölkələr Güney Qafqazda vəziyyəti gərginləşdirmək və burada sabitliyin yaranmaması üçün müxtəlif variantlara əl atırlar. Burada əsas alət kimi Ermənistan istifadə olunur. Belə bir məqamda təbii ki, Azərbaycan dövləti özünün təhlükəsizliyini təmin etməlidir, ölkə daxilində stabillik qorunmalıdır. Bunun üçün dövlət qurumlarının, o cümlədən cəmiyyətin üzərinə ciddi vəzifələr düşür. Bu vəziyyətdə ölkəmizin təhdidlərdən qorunmasının ən optimal yolu təbii ki, ölkə daxilində milli birliyin, həmrəyliyin əldə olunmasıdır. Bunu hər bir vətəndaş, ictimai-siyasi proseslərdə iştirak edən şəxslər hamısı bu cür də qəbul etməlidir deyə düşünürəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31