Azərbaycan xalqının gedəcəyi yol budur!-Zeynal Əmrəliyev- ÖZƏL

"Ermənistan rəhbərliyi öz ölkəsinin milli maraqlarını düşünmür. Ermənistanın milli maraqları hal-hazırda tələb edir ki, Azərbaycanla sülh müqaviləsi imzalansın və bölgədəki kommunikasiya prosesində, baş verən proseslərdə iştirak etsin".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Ancaq Ermənistan höküməti digər paytaxtlardan gələn əmrləri yerinə yetirir. Yenə Azərbaycana qarşı haqsız mövqe sərgiləməkdə davam edir. Bizim də səbrimizin həddi var. Azərbaycan tərəfi buna layiqli cavab verəcək. Belə bir anda Azərbaycanda milli birlik və həmrəliyin çox mühim əhəmiyyət kəsb etdiyinin şahidi oluruq. Azərbaycan dövləti, Azərbaycan dövlətçiliyi bu yolda irəli doğru addımlar atır. Azərbaycan xalqı da Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında irəli addım atır. Dövlət başcısı çox düzgün siyasət aparır. Azərbaycanın maksimum şəkildə heç bir məsələyə qarışmaması, heç bir toqquşmada iştirak etməməs, Azərbaycanın qorunması, Azərbaycan xalqının qorunması, təhlükəsizliyinin təmin olunması istiqamətində çox mühüm addımlar atılır. Azərbaycan xalqı da milli birlik və həmrəyliyi əsas götürərək dövlət başçısının ətrafında daha sıx şəkildə birləşməlidir. Çünki dövlətin maraqları hər şeydən üstündür. Bu, həm Azərbaycanda ictimai institutlara, həm də sadə vətəndaşlara aiddir. Bu dəqiqə Azərbaycanda ən öndə olan, ən önəmli məsələ dövlətin milli maraqlarının qorunması, sərhədlərin təhlükəsizliyi məsələsi və insanların bu məsələdə dövləti anlayaraq dövlət başçısının ətrafında daha sıx birləşməsidir. Azərbaycan xalqının gedəcəyi yol budur!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31