Belə coğrafiyada dövlətin təhlükəsizliyini bərqərar etmək çətindir-Əziz Əlibəyli- ÖZƏL
15 Aprel 2024 16:14 Siyasət"Azərbaycan elə bir coğrafiyadadır ki, şimalında da, cənubunda da müharibə gedir. Belə coğrafiyada dövlətin təhlükəsizliyini, sabitliyini bərqərar etmək çox çətindir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli qeyd edib:
"Bu mənada Azərbaycanın bəxti gətirib ki, bu savaşlardan kənarda qaldı. İndi hər cür hərəkatlardan, bəlkə də insan haqlarından da önəmli olan əsas məsələ təhlükəsizlik faktorudur. Təhlükəsizlik bir nemətdir. Azərbaycanın yürütdüyü siyasət ölkənin təhlükəsizliyinin əsas təminatı oldu. İndiki mənada verdiyimiz bəyanatlarla da toqquşan tərəflərin sülh şəraitində yaşamasını çağırış üzərində qurduq. Nə üçün biz daha fərqli yollara əl atmadıq və savaşın tərəflərinin hansınınsa yanında yer almadıq? İranda bizim tarix torpaqlarımız var, 30 milyondan çox azərbaycanlının yaşadığı ölkədir. İsrail isə bizim strateji tərəfdaşımızdır. Biz bunu da qiymətləndirə bilməliyik ki, hansısa formada zərər çəkə bilərik. Amma indi güclü bir xarici siyasət xəttinin olması bizə bu formada davam etməyə imkam verir".