Ermənistan beynəlxalq layihələrə cəlb edilir

Tokayevin Ermənistan səfərinin əsl məqsədi? - Gizli məqamlar... 

"Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin Ermənistana səfərindən mümkün əhəmiyyətli razılaşmaların əldə ediləcəyi real deyil. Əlbəttə ki, bu iki dövlət arasında əməkdaşlıq ancaq və ancaq iqtisadi sahəni əhatə edə bilər. Hal-hazırda da Ermənistanın Qazaxıstana təklif edə biləcək iqtisadi potensialı yoxdur. Eləcə də Qazaxıstan üçün Ermənistan bazarı təlabat və imkanlarına görə cəlbedici deyil". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, hüquqşünas Vuqar Dadaşov deyib. O, bildirib ki, Qazaxıstan və Ermənistan Rusiyanın patranajında olan iqtisadi lahiyə və birliklərin üzvləridir və bu birliklər çərçivəsində bu iki ölkənin bir-birinə idxal və ixrac imkanları təmin edilib:

"Demək hal-hazırki mövcud vəziyyətdə Ermənistan və Qazaxıstan arasında iqtisadi əlaqələrin genişləndirilməsi əhəmiyyətli dərəcədə ola bilməz. Bəs, Qazaxıstan prezidentinin Ermənistan səfərinin əsas məqsədi nədir? Qazaxıstan enerji daşıcıları (neft, qaz) ilə zəngin ölkə kimi, beynəlxal geosiyasi vəziyyətə görə Avropaya ixracını ancaq Azərbaycan vasitəsilə təmin edə bilər. Əlbəttə ki, Qazaxıstan neftinin, qazının Azərbaycandan sonra Ermənistan vasitəsi ilə tranziti daha səmərəlidir.

Heç mübahəsəsiz Qazaxıstan Ermənistanın iştirakı olmadan, yeni tranzit xətləri çəkilmədən də öz enerji daşıyıcılarını Azərbaycanın mövcud beynəlxalq lahiyələr üzrə fəaliyyətdə olan kəmərləri vasitəsilə də ixrac edə bilər. Ermənistanın beynəlxalq lahiyələrə cəlb edilməsi regionda, əsası isə Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhün əldə edilməsinə vasitə ola bilər. Nəzərə alsaq ki, Qazaxıstan prezidenti Tokayev 1 ay öncə Azərbaycana üçgünlük səfər edib, bu halda Qazaxıstan prezidenti Tokayevin Ermənistan səfərinin əsl mahiyyəti Qazaxıstan enerji daşyıcılarının tranziti ilə bağlı yeni lahiyələrdə Ermənistanın iştirakının mümkünlüyü və onun şərtləri ilə bağlıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31