Azərbaycanı təhdid edənlər bunu unutmasınlar- ÖZƏL
15 Aprel 2024 11:23 Siyasət"Çox kiçik ərazinin hər tərəfdən hücumu dəf etməsi nümunəsini bir daha gördük. Hücum əleyhinə müdafiə kompleksləri ilə bağlı Azərbaycan vaxtında çox ağıllı seçim edib. Bunun bir daha şahidi olduq". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Zaur Məmmədovun sözlərin görə, Azərbaycanı təhdid edənlər bunu unutmasınlar: "Baş verənlər bəzilərinin tamahı ilə bacarığının eyni olmadığını göstərdi. Ümumilikdə isə, Yaxın Şərqdə böyük bir müharibə İrana lazım deyil. Tehran nüvə ilə bağlı sakitcə məqsədinə çatsa, bu onun ən böyük qələbəsi olar. Ancaq İsrail üçün son baş verənlər, onu seçim etmək dilemması qarşısında qoyur və İranın nüvə proqramının yerlə-yeksan etmək üçün kart-blanş verir. Ya, bu gün ən böyük təhdidi həll edir, ya da, bundan da böyük təhdidlərlə gələcəkdə üzləşəcək".