Zərifə xanım qayğıkeş ana, layiqli ömür-gün yoldaşı olub- ÖZƏL

"Zərifə xanım həm də qayğıkeş ana, layiqli ömür-gün yoldaşı olub. Bu keyfiyyətləri o, öz ailəsində gördüyü yüksək mənəvi mühitdən qazanıb. Zərifə xanım və onun həyat yoldaşı Ümummilli Lider Heydər Əliyev sahib olduqları nəcib keyfiyyətləri, ali mənəvi dəyərləri layiqli vətəndaş kimi yetişdirdikləri övladlarına ötürüblər". "Olaylar" xəbər verir ki, bunu  Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib: "Həm Zərifə xanım Əliyeva, həm də Ulu Öndər Heydər Əliyev həyatlarının sonunadək gərgin fəaliyyətləri ilə ömürlərini Azərbaycana həsr ediblər. Vəfalı həyat yoldaşı olmaqla bərabər, Zərifə xanım Ulu Öndərə mənəvi dayaq olub. O, xalqımıza cənab İlham Əliyev kimi layiqli oğul bəxş edib. Bu gün belə bir oğulun liderliyi ilə Azərbaycan ən qüdrətli dövrünü yaşayır.  Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişib. Ulu Öndərimiz Zərifə xanım haqqında deyirdi: "Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31