Zərifə xanım Əliyeva gənc həkimlərin tərbiyəsinə xeyli zəhmət sərf edib- ÖZƏL

"Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, "Yüksək etimad" kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamaləddin Qafarovun sözlərinə görə, bütün elmi nailiyyətlərinə baxmayaraq, Zərifə xanım Əliyeva ilk növbədə məhz bir qayğıkeş ana, fədakar və sədaqətli həyat yoldaşı kimi bütün qadınlarımız üçün əsil nümunə olub: "Zərifə xanım ailədə hər zaman Ümummilli Liderimiz Heydər Əliyevin güclü dayağı olub. Ölkə Prezidenti cənab İlham Əliyev isə, Zərifə xanım haqqında xatirələrinin birində belə demişdir: "Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir." Zərifə xanım Əliyevanın əziz xatirəsi təkcə onun ailə üzvlərinin deyil, həm də bütün Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31