Ailə institutu nə qədər möhkəm olarsa dövlət də o qədər güclü olar- ÖZƏL
15 Aprel 2024 10:43 Siyasət"Müasir dünyanın əsassız tələbləri gənclərin baxışlarına arzuolunmaz fərqliliklər gətirir. Aparılan təbliğatların nəticəsində məlum olub ki, gənclər ailənin maddi və mənəvi imkanlarından xaric istəklərlə yaşayırlar". "Olaylar"ın məlumatına görə, bunu deyən millət vəkli Ceyhun Məmmədovun sözlərinə görə, bəzən bunlar iradi deyil, özünü cəmiyyətdə təsdiqləmək və yaşıdlarıından fərqlənmək üçün irəli sürülən düşüncələrdir: "Beləliklə, bu kimi hallar ailə institutlarına böyük zərbə vurur. Azərbaycan ailəsində valideynlər övladlarına böyüyə hörmət, kiçiyə qayğı, canlılara diqqət kimi ali dəyərləri uşaqlıqdan aşılayırlar. Ailə institutu nə qədər möhkəm olarsa dövlət də o qədər güclü olar. Ailələrin sosial rifahını yüksəltmək üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir və biz də bu yolda əlimizdən gələni əsirgəməməliyik".