Azərbaycan xalqı bu siyasətə inanır-Zeynal Əmrəliyev-ÖZƏI
12 Aprel 2024 12:18 Siyasət"Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün və düşünülmüş siyasət nəticəsində Azərbaycanın hər bir regionu inkişaf edir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Dövlət başçısı regionlara etdiyi səfərləri zamanı bir çox mühüm layihələrin açılışında iştirak etmişdir. Məhz həmən lahiyyələrin icrası Azərbaycanın inkişafına təkan verəcəkdir. Ölkəmizin inkişafı regionlardan başlayır. İlham Əliyev prezident seçildikdən sonra bununla bağlı konkret addımlar atılmış, "Regionların Sosial-iqtisadi inkişafına dair dövlət proqramı" qəbul edilmişdir. Hazırda böyük qayıdış siyasətinin icrası ilə əlaqədər işğaldan azad edilmiş ərazilərin bərpasına diqqət ayrılasa da Cənab Prezidentin yeritdiyi qətiyyətli siyasətin nəticəsində digər regionlarda inkişafdan geri qalmır. Dövlət başçısının rayonları son səfəri, burda idman-sağlamlıq mərkəzlərinin açlışına qatılması, mühüm sənayə-iqtisadiyyat obyektlərinin açılması işsizliyin aradan qaldırılması, insanların həyat şəraitinin inkişafına səbəb olmuşdur. Cənab Prezidentin özünün də qeyd etdiyi kimi, vətəndaşların sosial rifahının yüksəldilməsi Azərbaycan dövlətinin prioritet istiqamətidir. Aparılan siyasət nəticəsində ölkəmizdə işsizlik günü - gündən azalır, yeni iş yerləri açılır. Azərbaycan dövlətinin ən önəmli lahiyyətindən biri özünəməşğulluq proqramının inkişafıdır. Bunun nəticədə ölkəmizin müxtəlif guşələrində, xüsusilə kənd yerlərində yeni təsərrüfat lahiyyələri yaradılmış, özünəməşgulluq proqramı inkişaf etmişdir, Azərbaycan kəndləri şəhərlərdən seçilmişdir. Azərbaycan yolları vəziyyətinə görə MDB-də ilk sıralardadır. Ölkəmizdə qazlaşdırılmayan kənd demək olar ki, qalmamışdır. Hər bir guşədə olimpiya-idman kompleksləri tikilir. Gənclərin asudə vaxtını səmərəli keçirməsi dövlətin diqqət mərkəzindədir. Azərbaycan xalqı İlham Əliyevə inanır, onun arxası ilə gedir. Məhz onun uğurlu siyasəti, xalqımızı arxası ilə apardığı və böyük öndərimiz Heydər Əliyevin əsasını qoyduğu bu yol bizi Şuşaya, Xankəndinə aparmışdır. Azərbaycan xalqı cənab prezidentin rəhbərliyi ilə günü-gündən inkişaf edir, dünyada aparıcı yerlərdədir. Məhz Heydər Əliyevin qurduğu və İlham Əliyevin davam etdirdiyi bu uğurlu siyasət Azərbaycanı regionun ən qüdrətli ölkəsinə çevirmişdir. Azərbaycan xalqı bu siyasətə inanır və yekdil şəkildə sona qədər dəstəkləyir".