İlham Əliyevin yürütdüyü siyasət möhkəm təmələ əsaslanır- ÖZƏL


 
"Dövlət başçısı İlham Əliyevin 20 ildən artıq Prezidentliyi dövrü çoxəsrlik milli dövlətçilik tariximizə bənzəri olmayan qızıl dövr kimi yazıldı, əsrlərlə ağır məhrumiyyətlərə məruz qalmış, amma öz qürurunu və milli dövlətçilik ənənələrini qoruyub saxlamış Azərbaycan xalqının həyatında möhtəşəm qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri oldu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin üzvü Əliabbas Salahzadə deyib: "Cənab İlham Əliyev Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirərək və yaradılan möhkəm təmələ əsaslanaraq dövlətimizi strateji hədəflərə doğru uğurla aparır. Onun müəyyənləşdirdiyi yol xəritəsi güclü iqtisadi potensialın formalaşdırılmasına, müasir cəmiyyət quruculuğuna, qarşıya qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətində olan Silahlı Qüvvələrin yaradılmasına, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsinə və bütün bunların son hədəfi kimi Azərbaycanın müstəqil siyasətinə, ərazi bütövlüyünün və suverenliyinin bərpasını hədəfləndi. Bugünümüzün reallıqları fonunda əminliklə qeyd edirik ki, Azərbaycan bu hədəflərə yüksək səviyyədə nail olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31