Prezident İlham Əliyevin əsas hədəfi güclü Azərbaycandır- ÖZƏL
9 Aprel 2024 20:54 Siyasət
"Xalqın yüksək etimadını və sonsuz məhəbbətini qazanan Prezident İlham Əliyevin əsas hədəfi güclü Azərbaycandır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin üzvü Nurlan Həsənov deyib: "Atdığı hər bir addım ölkəmizin qüdrətlənməsinə, beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasına, söz sahibliyinin möhkəmlənməsinə xidmət edir. Bu gün böyük əminliklə qeyd etdiyimiz reallıqlardan biri məhz Azərbaycanın sözünün imzası qədər dəyərli olmasıdır. Regional inkişafın əsas aparıcı qüvvəsinə çevrilən Azərbaycan yeni reallıqları ilə dünya siyasətində yeniliklərə yol açdı. Hər zaman haqqın, ədalətin, beynəlxalq hüququn yanında olan ölkəmizin əsas çağırışlarından biri türk dünyasının birliyi, daha da möhkəmləndirilməsidir. Cənab İlham Əliyev hazırkı dövrdə, geosiyasi vəziyyətin dəyişdiyi vaxtda Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin daha da güclü olmasının vacibliyini bildirir. Bu birlik, həmrəylik regionda sülhün, təhlükəsizliyin təmin edilməsində əsas amildir"