Beynəlxalq Qırmızı Xaç Komitəsi İkinci Qarabağ müharibəsi dövründə ermənipərəstliyini nümayiş etdirdi - ÖZƏL

"Beynəlxalq Qırmızı Xaç Komitəsinin hazırkı fəaliyyəti Azərbaycanı qane etmir, edə də bilməz". 
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Çünki biz 1990-cı illərdə Birinci Qarbağ müharibəsi başlayarkən və müharibə dövründə, ondan sonra itkin düşən, əsir götürülən, girov götürülən minlərlə soydaşlarımızın taleyindən məlumat ala bilmədik. Komitə bu istiqamətdə fəaliyyətsiz oldu. Bəzi məqamlarda ermənipərəst mövqe nümayiş etdirdi və məhz bunun nəticəsidir ki, biz indiyə qədər də bax o minlərlə soydaşımızdan xəbər ala bilmirik və təəssüf, komitə bu məsələdə də susqunluq göstərir. Ondan bu məsələlərə heç bir dəstək açıqlamaları, çalışmaları görmürük. 
İkinci Qarabağ müharibəsində və bu boyda məsələlərdən sonra 30 il ərzində fəaliyyətsiz qalan Beynəlxalq Qırmızı Xaç Komitəsi İkinci Qarabağ müharibəsi dövründə, ondan sonra açıq-aşkar ermənipərəstliyini nümayiş etdirdi. Əvvəla, Xankəndində Azərbaycanla razılaşdırılmadan ofis açmaq bu özü elə ermənipərəstliyin göstəricisi  və separatizmə dəstək vermək demək idi. İkincisi də, heç azərbaycanlılara göstərmədiyi mehriban, isti münasibəti, diqqəti ermənilərə göstərdi və hətta biz Laçın-Xankəndi yolunda aksiya keçirərkən komitənin Xankəndidəki ofisinin nümayəndələri maşınlarında qaçaqmal daşıyırdılar, onlar yaxalanmışlar. 
Bütün bunlar göstərir ki, komitənin fəaliyyəti bizi qane etmir, edə bilməz və Qırmızı Xaç Komitəsinin Xankəndi ofisini bağlayıb Bərdəyə köçməsi anlaşılmazdır. Bakıda ofisi var ki, Bərdədəki ofisinə nə ehtiyac var. Bərdədəki ofis ümumiyyətlə bağlanmalıdır və bütün bu qərəzli fəaliyyətlərində Qırmızı Xaç Komitəsinə son qoymalıdır. Azərbaycana, Azərbaycan dövlətinin qanunlarına, azərbaycanlılara, digər məsələlərə hörmətlə yanaşmalıdır və ədalət prinsipindən çıxış etməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31