ABŞ və Aİ-nin Ermənistanı silahlandıracağını zənn etmirəm-Elxan Şahinoğlu- ÖZƏL
9 Aprel 2024 16:34 Siyasət"Hraparak" nəşri aprelin 5-də Brüsseldə keçirilən Ermənistan-Aİ-ABŞ görüşündə gizli müqavilələr imzalandığını haqqında məqalə yayımlayıb.
Bu haqda Olaylar.az-a açıqlama verən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu qeyd edib:
"Bu cür məqalələr Paşinyanın mövqeyinin zəiflədilməsinə hesablanıb. Radikal müxalifət sadəcə Paşinyanı devirmək üçün müxtəlif bəhanələr axtarır. Azərbaycana qarşı ABŞ və Aİ-nin Ermənistanı silahlandıracağını zənn etmirəm. Bu işlə Fransa məşğul olur. Fransanın təxribatları davam edir, amma ABŞ və Aİ bütövlükdə Azərbaycanla münasibətli gərginləşdirmək istəməz. Çünki, Ermənistanın silahlanması Azərbaycana qarşı yönələcək. Azərbaycan Aİ və ABŞ ilə enerji sahəsində əməkdaşlıq edir. Biz neftimizi, qazımızı, alternativ enerjimizi Avropaya nəql edirik və edəcəyik. Bütün bunlara görə əslində ABŞ və Avropa bölgədə müharibəyə maraqlı olmamalıdırlar. Üstəgəl də mətbuata verdikləri açıqlamada Brüsseldən sonra təhlükəsizlik təminatı və Ermənistana silah-sursat veriləcəyi haqqında heç nə deyilmədi. Bunu gizli saxlamaq mümkün olmazdı. Verəcəkləri məbləğ isə o qədər də böyük deyil. Bu, Ermənistanın problemlərini həll etməyəcək. Ermənistanın Rusiyadan iqtisadi asılılığını da zəiflətməyəcək".