Ermənistanın Azərbaycan əleyhinə qızışdırılma tendensiyalarını müşahidə edirik-Tural İsmayılov- ÖZƏL

"Biz Qərbin siyasi xəttində nə qədər ikiüzlü olduğunu tarixin bütün dövrlərində görmüşük". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Ona görə də Qərbdən Azərbaycanla bağlı hansısa müzakirələrin Ermənistanla aparılmadığını vurğulasalar da baxmayaraq ki, bu ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin cənab Prezident İlham Əliyevə telefon zənglərində ifadə olunmuşdur. Biz bunlara inanmırıq. Çünki, bu günə qədər Ermənistanı qızışdıran Qərb olubdur. Fransa dayanmadan Ermənistanı silahlandırır. Qərb Ermənistana hansısa vədlər verir. Təbii ki, burada Qərbin Ermənistan ərazilərini ikinci Ukrayna cəbhəsinə çevirmək planları ilə yanaşı həmçinin Ermənistan da Qərbdən Azərbaycan əleyhinə şıltaqlıqlarını və təxribatlarına dəstək, Qərbin ona haqq qazandırmasını gözləyir. Təbii ki, bütün bu proseslərin fonunda sistematik şəkildə Ermənistanın Azərbaycan əleyhinə qızışdırılma tendensiyalarını müşahidə edirik. Bu baxımdan bu gün Ermənistan onun Brüsseldə Qərblə apardığı danışıqların hansısa üçüncü tərəflərə yönəlmədiyini söyləsə də, bu təbii ki, absurddur, inandırıcı deyil. Nəzərə almaq lazımdır ki, Qərb neoimoerialist şəbəkələrinin hədəflərindən biri Ermənistan vasitəsilə Cənubi Qafqaza daha çox təsir etmək imkanları qazanmaqdır. Qərb görür ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir və Azərbaycan heç kimin hansısa siyasi direktivləri ilə hərəkət edən ölkə deyil. Belə olan təqdirdə də maşa rolunda Ermənistandan istifadə edərək Azərbaycana da təzyiqlər göstərməyə çalışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31