"Delimitasiyanın haradan başlanması ilə bağlı konsensus yoxdur"
9 Aprel 2024 15:38 Siyasət"Hələlik delimitasiyanın haradan başlanması ilə bağlı konsensus yoxdur".
Olaylar bildirir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan delimitasiyanın Tavuş vilayətindən başlanması haqqında suala cavabında deyib.
"Təhlükəsizlik, sosial-məişət, hüquqi prinsiplər üzrə yekun qərarlar qəbul olunmayana kimi delimitasiyanın başlanması ilə bağlı danışıqlar aparıla bilməz", Mqer Qriqoryan jurnalistlərə bildirib. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31