İnvestisiyanın ayrılmasında məqsəd nədir?-Əziz Əlibəyli- ÖZƏL
9 Aprel 2024 15:31 Siyasət"Ermənistana ayrılacaq 270 milyon avro, sonrakı 4 il ərzində bir neçə milyard dollar ayrılması nəzərdə tutulur. Orda risklərin qiymətləndirilməsi məsələsinin yaxşılaşdırılması, ümumi sözlərlərə guya Ermənistanın müdafiəsi məsələləri də var".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli qeyd edib:
"Amma düşüncələri belə ifadə etmək lazımdır ki, investisiya ayrılır. İnvestisiyanın ayrılmasında məqsəd nədir? Ermənistanın gücləndirilməsidir. Yaxşı, investisiya ayıran tərəf Ermənistanın gücləndirilməsində maraqlıdırsa, deməli, prinsipcə birbaşa öz investisiyaları üçün təhlükəsizlik mühitini də təmin etməyə borcludur. Yəni adi ölkələr də belədir. İnvetisiya ölkəyə gəlir ki, onun ərazisinsə sabitlik, təhlükəsizlik var. İkincisi, məhkəmə sistemi demokratikdir. Bunlar olmayanda həmin ölkəyə hansısa iqtisadi dotasiyaların qoyulması mümkün deyil. Ermənistanda da bu cürdür. Ermənistanda əsas divident onun güclənməsi və iqtisadi, siyasi, hərbi sistemi ilə Rusiyadan ayrılmasıdır. Bunun üçün də Avropa bu qədər ayırmalar həyata keçirir, onu taleyin yönünəmi buraxır? Çöləmi tullayır? Təbii ki, onların müdafiəsi üçün gizli hərbi mexanizm, təhlükəsizlik mexanizmləri işə düşməlidir. Deməli, bu müqavilənin gizli tərəfləri var".