Azərbaycan türk dövlətlərinin birliyinə töhvə verir- ÖZƏL

"Azərbaycanın xarici siyasət uğurları, bu əsasda türk dünyasının birliyinə xidmət edən addımları beynəlxalq səviyyədə təqdir edilir". Olaylar xəbər verir ki, bunu millət vəkili Malik Həsənov deyib. Bildirib ki,  İlham Əliyevin 7 fevral tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində türk dünyasının birliyi ilə bağlı səsləndirdiyi fikirlər xüsusi əhəmiyyətə malikdir:  "Andiçmə mərasimində "Bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq" söyləyən dövlət başçısı İlham Əliyev belə bir reallığı da xüsusi vurğuladı ki, bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31